XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

12 Mart 2017 - 15:02

Səfirlik Əhmədinejadın poçtalyonu olmaq istəmədi:Trampa göndərilən məktub geri qaytarıldı

Iranian President Mahmoud Ahmadinejad adresses his weekly Friday prayer sermon at Tehran University on August 2, 2013 as Iran marks Al-Quds (Jerusalem) International Day. Ahmadinejad warned arch-foe Israel in one of his last public speeches that a regional storm was brewing that would "uproot" the Jewish state.  AFP PHOTO/ATTA KENARE / AFP PHOTO / ATTA KENARE

İsveçrənin Tehrandakı səfirliyi sabiq prezident Mahmud Əhmədinejadın Amerika prezidenti Donald Trampa ünvanlanan məktubunu çatdırmaqdan imtina edib.

Strateq.az "Asriran" nəşrinə istinadla xəbər verir ki, səfirlik "diplomatik normaların pozulmasını" əsas gətirib.

İsveçrə səfirliyi 37 ildir ki, İran və ABŞ arasında vasitəçilik edir və poçtalyonluq etmək istəmədiyini bildirib. 

M.Əhmədinejadın  2016-ci ilin avqustunda ABŞ-ın sabiq prezidenti Barak Obamaya ünvanlanan məktub kimi, Trampa göndərilən məktub da geri qaytarılıb.

Xatırladaq ki, fevralın 26-də D.Trampa göndərdiyi məktubda Əhmədinejad onu siyasi islahatlar həyata keçirməyə çağırır.