XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

31 Mart 2015 - 05:45

Alimlər Şekspirin cəsədini ekshumasiya etmək istəyirlər

Bu işdə başlıca maneə klassikin məzarı üzərindəki yazıdır

Картинки по запросу могила шекспира надпись

Alimlər Uilyam Şekspirin həyatı barədə daha çox bilmək üçün onun qalıqlarını ekshumasiya etməyə çağırırlar.

Strateq.az xarici mətbuata əsasən bildirir ki, alimlər III Riçardın DNT-sinin uğurlu analizindən sonra bu fikrə gəliblə
r.

Yohannesburqdakı Vitvatersrand universitetindən Frensis Tekkerey deyib: “Mən Şekspirin qalıqlarının ekshmasiya edilməsində çox maraqlıyam. III Riçardın sümüklərinin uğurlu analizini nəzərə almaqla Şekspirin DNT-sinin təhlilində potensial görürük“.

Tekkerey hesab edir ki, dramaturqun sümükləri onun həyatı haqda yeni faktlardan xəbər verə bilər və Şekspirin marixuana çəkməsi barədə şayiələri təkzib və ya təsdiq edə bilər.

Bu işdə başlıca maneə klassikin məzarı üzərindəki yazıdır: “Ey xeyirxah dost, Allah xatirinə, bu daşın altındakı cəsədə toxunma, sümüklərimin yuxusunu rahatsız etmə. Ona toxunan lənətə gəlsin”.

Alimlər Şekspirin vəsiyyətini pozmaqdan çəkinirlər, lakin hesab edirlər ki, madam şerdə dişlərin adı çəkilmir, DNT-ni məhz onlardan götürmək olar.