XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

13 Mart 2017 - 10:52

“İranlılar yəhudilərə üç dəfə nicat verib” –Nazirdən Netanyahuya cavab

manar-01323140014643325317

"İran xalqı tarix boyu ən azı üç dəfə yəhudilərə nicat verib"

Strateq.az "Fars" agentliyinə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif öz "Twitter" hesabında yazıb.

Rusiyaya son səfərində İsrail baş naziri Binyamin Netanyahu yəhudilərin Purim bayramına toxunaraq qeyd edib ki, 2500 il əvvəl yəhudilər farsların əsarətindən xilas olub. "İndi yenidən İran bizi əsarətlə təhdid edir".

Vladimir Putinin buna cavabı rişxəndli olub: "Gəlin 2500 il bundan əvvəl baş verənlər barədə deyil, bugünkü durumdan danlışaq".

İranın xarici işlər naziri həmin məqama toxunaraq qeyd edir: "İranlılar yəhudiləri 3 dəfə əsarətdən xilas edib. Amma Netanyahu hamının içində yalan danışır, bu onların irqçiliyini bir daha nümayiş etdirir. Onlar hətta Tövratda yazılanı inkar edir və həqiqəti saxtalaşdırırlar. Bunu vərdiş ediblər".

"Twitter" mesajında M.Zərif tarixi məqamlara toxunaraq yazır ki, ""Ester kitabı"nda Həşyarşanın (Kserks) yəhudiləri Hamanın zülmündən, Kuruşun isə öz dövründə (Kir) yəhudilərə Babil əsarətindən nicat verdiyi söylənilir. Üstəlik İkinci Dünya müharibəsində Avropada yəhudilər məhv edilərlkən İran onlara sığınacaq verib".