Pakistan ordusu yəmənli husilərin hücumlarına məruz qalan Səudiyyə Ərəbistanının cənub sərhədlərini qorumaq üçün bu ölkəyə bir briqada göndərir.
Strateq.az "Middle East Eye" nəşrinə istinadla xəbər verir ki, briqada krallığın sərhədləri daxilində vəzifəsini icra edəcək.
Ötən aylarda husilər dəqiq ballistik raket zərbələri ilə Ərəbistandakı və Qırmızı dənizdəki bir sıra hərbi obyektləri məhv ediblər.