XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

13 Mart 2017 - 14:16

Niderland öz vətəndaşlarını ehtiyatlı olmağa çağırdı:“Bütün Türkiyə ərazisində ayıq-sayıq olun”

niderland

Niderland hakimiyyəti Türkiyədə olan vətəndaşlarını ehtiyatlı olmağa çağırıb.

Niderland Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "2017-ci il martın 11-dən etibarən Türkiyə və Niderland arasında diplomatik gərginlik yaşanır. Bütün Türkiyə ərazisində ayıq-sayıq olun və izdiham olan yerlərdən və tədbirlərdən uzaqlaşın".

Qeyd edək ki, Niderland hakimiyyəti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsini ölkəyə buraxmayıb. Nazir Türkiyə vətəndaşlarını aprelin 16-da keçiriləcək referendumla ölkə konstitusiyasına nəzərdə tutulmuş dəyişikliklər barədə məlumatlandırmaq üçün Rotterdamda mitinqdə iştirak etmək istəyirdi.

Bundan sonra Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qaya yerüstü nəqliyyat vasitəsilə gələrək mitinqdə iştirak etməyə cəhd edib. Lakin Niderland DİN-in əməkdaşları yolu bağlayıb, hakimiyyət isə naziri "arzuolunmaz şəxs" elan edərək ölkədən çıxarıb.

Bununla əlaqədar olaraq Türkiyə XİN Niderland tərəfinə nota ünvanlayıb.