XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

13 Mart 2017 - 18:13

Suriya müxalifəti Astanaya gəlməkdən imtina etdi

suriya-bolusme

Suriya müxalifəti Astanada keçiriləcək Suriya böhranı üzrə görüşdə iştirak etməyəcək.

"Trend"in məlumatına görə, bunu nümayəndə heyətinin üzvü Üsamə Əbu Zeyd deyib.

O bildirib: "Bizim bəyanatımız çox aydındır: müxalifət Astana görüşünün üçüncü raundunda iştirak etməyəcək, belə ki, atəşkəs haqqında vədlərə hələ də əməl olunmur".

Xatırladaq ki, Suriya böhranının həlli üzrə Astana görüşünün üçüncü raundu martın 14-15-də keçiriləcək. Bundan əvvəlki görüşlərdə Suriya müxalifəti, Əsəd hakimiyyəti, Türkiyə, Rusiya və İran nümayəndələri iştirak ediblər.