"Suriyalıların vətənini tərk edərək mühacirət etməsinin səbəbi Qərbin blokadasıdır".
Strateq.az SANA-ya istinadla xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd bildirb.
Avropa KİV-lərinə müsahibə verən B.Əsəd qeyd edib ki, məhz sanksiyalarla həyata keçirilən blokada terrorçulara öz cinayətkar əməllərini davam etdirmək imkanı verir.
Suriya dövlət başçısı İsraili ittiham edib: "İsrail terrorçuları birbaşa dəstəkləyir".
Dövlət təsisatlarının saxlanılmasını vacib sayan B.Əsəd gələcək referendumdan söz açıb. "Bütün məsələlər Konstitusiyada əksini tapmalıdır. Əsas Qanun referendumla qəbul ediləcək".