XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Mart 2017 - 20:56

NATO baş katibi:“Şotlandiya müstəqillik qazanarsa üzvlüyünü itirəcək”

stoltenberq

Şotlandiya müstəqillik qazanarsa, NATO üzvlüyünü itirəcək.

TASS xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Şotlandiyanın Böyük Britaniyanın tərkibindən ayrılmaqla bağlı referendum keçirmə planına münasibət bildirərkən deyib.

O, bildirib ki, belə olduğu halda, Böyük Britaniya təşkilatın tərkibində qalacaq, Şotlandiya isə yeni dövlət kimi üzvlüklə bağlı müraciət etməli olacaq.

Qeyd edək ki, bu gün Şotlandiyanın birinci naziri Nikola Sterjen müstəqilliklə bağlı ikinci dəfə referendum keçirəcəkləri haqqında bəyanatla çıxış edib. Onun sözlərinə görə, səsvermə 2018-ci ilin payızından 2019-cu ilin yazına kimi "Brexit"in şərtləri məlum olduqdan sonra keçirilməlidir.