Rusiya Müdafiə Nazirliyi Misirdə xüsusi təyinatlı qüvvələrininin varlığını təkzib edib.
Strateq.az "Reuters"ə istinadla xəbər verir ki, bir gün əvvəl bir sıra diplomatik mənbələr Misirdəki aviabazaya rus qüvvələrin göndərildiyini bildirib.
ABŞ rəsmiləri bəyan ediblər ki, həmin hərbi kontingent Liviya generalı Xəlifə Həftara dəstək üçündür.
Misirdəki mənbələr xüsusi təyinatlıların cəmi 22 nəfərdən ibarət olduğunu bildiriblər.