XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

14 Mart 2017 - 18:44

Rusiya Misirə hərbçi göndərib? –“Röyters" iddia, rəsmilər isə rədd edir

rusiya-ordu

Rusiya Misirin Sidi Barani bazasına öz hərbçilərini yerləşdirib.

“Röyters" xəbər verir ki, artıq Rusiyaya aid pilotsuz aparat Liviya ilə sərhəddən 100 kilometr kənarda müşahidə edilib.

İddiaya görə, Misirdə hələlik 22 rus hərbçisi var.Onların Misirə Liviya hərbi komandiri Xəlifə Xaftara dəstək üçün gəldiyi güman olunur.

Misir ordusu isə rəsmən yayılan məlumatları təkzib edib.

Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin sədr müavini Vladimir Cabarov da yayılan məlumatları təkzib edərək Rusiyanın öz hərbçilərini Misirə yollamadığını bildirib.

“Bu, yalan xəbərdir. Ona diqqət etmək gərək deyil. Belə tip xəbərlər indi hər kəsin hər kəsə qarşı apardığı informasiya müharibəsinin bir hissəsidir”, – deyə o bildirib.