XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Mart 2017 - 11:53

Çinin xarici valyuta əməliyyatları üçünyuan fondu azalır

Çinin xarici valyuta əməliyyatları üçün yuan fondundakı vəsait ardıcıl olaraq 16-cı aydır ki, azalmaqda davam edir.

Çin mərkəzi bankının (Çin Xalq Bankı) məlumatına əsasən, fonddakı vəsait fevralda 58,1 milyard yuan (təxminən 8,4 milyard ABŞ dolları) azalaraq 21,7 trilyon yuana düşüb. Bu ilin yanvarında azalma 209 milyard yuan təşkil etmişdi.

Ölkənin xarici valyuta ehtiyatı isə 3 trilyon dollardan bir qədər çoxdur. Çin xarici valyuta ehtiyatlarına görə dünyada ilk yerdədir(azərtac).