XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Mart 2017 - 16:07

Binəli YıldırımGürcüstana gedir

Türkiyənin baş naziri Binəli Yıldırım bu gün Artvin vilayətində keçirilən mitinqdən sonra Gürcüstana işgüzar səfərə gedəcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Nazirlər Kabinetinin rəsmi saytı məlumat verib.

B.Yıldırımın Gürcüstana səfəri çərçivəsində gürcü həmkarı Georgi Kvirikaşvili ilə görüşü gözlənilir.

Görüş çərçivəsində ikitərəfli münasibətlər, eləcə də Gürcüstan-Türkiyə yüksək səviyyəli Strateji əməkdaşlıq şurası iclasına hazırlıq və digər regional məsələlərin müzakirəsi planlaşdırılır.