XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

15 Mart 2017 - 15:45

ABŞ dövlət katibinin Yaponiyayasəfəri başlayıb

Martın 15-də ABŞ-ın dövlət katibi Reks Tillersonun Yaponiyaya səfəri başlayır. Bu, dövlət katibinin yeni vəzifədə Asiya regionuna ilk rəsmi səfəridir.

NHK telekanalının bu barədə yaydığı məlumatda qeyd edilir ki, səfər zamanı gündəlikdə nəzərdə tutulan əsas mövzu Şimali Koreya məsələsi olacaq. Səfər çərçivəsində onun Baş nazir Şinzo Abe və xarici işlər naziri Fumio Kişida ilə görüşəcəyi bildirilir.

R.Tillersonun regiona səfəri ərəfəsində onun köməkçisi Syuzan Tornton qeyd edib ki, ABŞ-ın yeni Prezidentinin administrasiyası Şimali Koreyaya münasibəti dəyişmək niyyətindədir. S.Tornton jurnalistlərə bildirib ki, R.Tillerson səfər çərçivəsində Şimali Koreya tərəfindən artan raket təhlükəsi ilə bağlı strategiyanın müəyyən olunması və əlaqələndirilməsi məsələlərini müzakirə edəcək.

Tokiodakı görüşlərdən sonra ABŞ dövlət katibinin martın 17-də Cənubi Koreyaya, 18-də isə Çinə yollanacağı bildirilir. R.Tillersonun Pekinə səfəri zamanı ABŞ və Çin liderlərinin ilk sammitinin təşkili ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir(azərtac).