XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

15 Mart 2017 - 17:59

İsrailli admiral:"Rusiya Yaxın Şərqdə uzun müddətə kök salır"

adm

"Rusiya Yaxın Şərq regionunda kök salır".

Strateq.az "Jerusalem Post"a istinadla xəbər verir ki, bunu İsrail Hərbi Dəniz Donanmasının qərargah rəisi kontr-admiral Dror Fridman bildirib.

"Ordu Radiosu"na müsahibəsində D.Fridman deyib: "Moskva uzun müddətə İsraillə qonşuluqda qalmaq niyyətindədir". 

"Suriyanın Tartus limanına gətirilən silahların, avadanlığın sayı, inşa edilən obyektlər bu niyyətdən xəbər verir", – deyə kontr-admiral əlavə edib.

"Vəziyyəti dəyərləndirib, əməliyyatı təxirə saldığımız hallar da olub. Rusiyanın Suriyadakı varlığı bu bölgədə hərbi dəniz donanmamızın hərəkətində dəyişikliyə səbəb olub".