XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 March 2017 - 18:56

Rusiyanın neft ixracı üzrə gəlirləri68,4 faiz, qaz gəlirləri isə 17,2 faiz artıb

Yanvarda Rusiyanın neft ixracı üzrə gəlirləri ötən ilin eyni ayı ilə müqayisədə 68,4 faiz, qaz gəlirləri isə 17,2 faiz artıb.

Azərtac xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb.

Bildirilir ki, yanvarda ölkənin ümumi ixracı ötən ilin eyni ayına nisbətən 43,6 faiz artaraq 25 milyard dollara çatıb. Enerji məhsullarının ümumi ixracdakı payı isə 2 faiz artaraq 70 faiz təşkil edib. Ölkənin neft ixracı üzrə gəlirləri yanvarda 2016-cı ilin müvafiq ayı ilə müqayisədə 68,4 faiz artaraq 7,4 milyard dollara, qaz ixracı üzrə gəlirləri 17,2 faiz çoxalaraq 3,5 milyard dollar olub.