"Hollandiyanın Türkiyədəki investisiyaları diplomatik qalmaqalın riskinə məruz qalmayacaq".
Strateq.az "Reuters"ə istinadla xəbər verir ki, bunu Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Ömər Çelik bildirib.
Xatırladaq ki, hazırda holland biznesmenlerin türk dövlətindəki investisiyaları 22 millyard dollar (ümumi siyahıda 10-cu yer) təşkil edir. Türkiyənin Niderlanda ixracatı 3,6 milyard dollar həcmindədir.