XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Mart 2017 - 19:11

İsveçrədə avtomobil nömrə nişanı158 min dollara satılıb

İsveçrə vətəndaşı Vale kantonunun hökumət orqanı tərəfindən hərraca çıxarılan avtomobilin nömrə nişanına görə ölkə üçün rekord məbləğdə – 158 min dollar ödəyib.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, hərracın təşkilatçıları nömrə nişanını hərraca bir ay bundan öncə – fevralın 15-də çıxarıb. “VS 1” nömrə nişanı 17 nəfərin diqqətini çəksə də hərracın qalibi “Matrans” təxəllüslü anonim iştirakçı olub. O, 133 min dollarlıq (135 min frank) “SG 1” nömrə nişanına aid ötən rekordu yeniləyib.