XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

15 Mart 2017 - 19:18

ABŞ ordusunun yüksək rütbəli 8 zabiti hərbi sirlərisatmaqda ittiham olunur

ABŞ ordusunun yüksək rütbəli 8 zabiti rüşvət müqabilində hərbi sirləri yaymaqda ittiham olunur.

Bu barədə “Washington Post” ABŞ Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, zabitlərə bu məlumatların müqabilində bahalı hədiyyələr (saat, siqar, içki) verilib, əyləncə məclisləri təşkil edilib.

Belə məclislərdən birində zabitlərə 50 min dollarlıq şərab alınıb.

Araşdırma zamanı üzə çıxıb ki, hərbçilər məlumatları Sinqapurun “Glenn Defence Marine Asia” şirkətinin rəhbəri, biznesmen Leonard Qlen Frensisə ötürüblər.

Adıçəkilən şirkət ABŞ gəmilərinin sahil xidmətini təmin edir.

Əldə etdiyi məlumatların köməyi ilə Frensis ABŞ Hərbi-Dəniz Qüvvələri ilə on milyonlarla dollarlıq razılaşmalara nail olurmuş.

İttiham olunanlar arasında Hərbi-Dəniz Qüvvələrində kəşfiyyat xidmətinin əməkdaşı, kontr-admiral Bryus Lavless, bir neçə kapitan və polkovniklər var(azadliq.info).