XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

16 Mart 2017 - 07:50

ABŞ-da məhkəmə prezidentin əleyhinə qərar çıxardı –Tramp isə hakimi suçladı

Tramp

ABŞ-ın Havay ştatı  məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən yeni fərmanının icrasını müvəqqəti təxirə salıb.

APA-nın "Associated Press" agentliyinə istinadən verdiyi xəbərə görə, qərar ştat rəhbərliyinin müvafiq sorğusu əsasında hakim Derrik Uotson tərəfindən çıxarılıb.

hakim-1

Fərman martın 16-dan bütün ölkə üzrə qüvvəyə minməli idi. Havay məhkəmə vasitəsilə Trampın fərmanını ləğv etməyə cəhd edən ilk ştat olub.

Martın 6-da ABŞ prezidenti Donald Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb. Fərmana görə, ABŞ hökuməti  İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ölkəyə daxil olmasına qadağa qoyub. Bununla yanaşı, İraqın adı siyahıdan çıxarılıb. Əvvəlcədən viza alan və ikili vətəndaşlığa malik olan şəxslərin isə ABŞ-a daxil olmasına icazə verilib.

ABŞ prezidenti Donald Tramp isə hakim Derrik Uotsonun çıxardığı qərarı şərh edərkən, onu vəzifə səlahiyyətlərini aşmaqda suçlayıb: “Çox acınacaqlı xəbərdir. Havay ştatı  məhkəməsinin hakimi vəzifə səlahiyyətlərini görünməmiş səviyyədə aşıb. Bu, çox pis qərardır və təqdirəlayiq deyil. Mübarizəmiz davam edəcək. Xalqımızın təhlükəsizliyi naminə biz bu yolu axıradək, Ali Məhkəməyədək getmək niyyətindəyik”.