Hollandiyada keçirilən seçkilərdə baş nazir Rüttenin partiyası qalib gəlib.
Strateq.az "Al-Jazeera"ya istinadla xəbər verir ki, 150 yerlik parlamentdə Azadlıq və Demokratiya üçün Xalq Partiyası 33 millət vəkilinə sahib olacaq.
İfrat sağçı G.Vildersin Azadlıq Partiyası 20 millət vəkili ilə ikinci olub.
Bu nəticələrə görə, ən az 4 partiyalı koalisiya hökumətinin qurulması gözlənilir.