XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

16 Mart 2017 - 15:48

Ailəsi Şimali Koreya liderinin qardaşının cəsədini götürməkdən imtina etdi

kim cen in

Fevral ayında Kuala-Lumpurda qətlə yetirilmiş Kim Çen Namın qohumları onun cəsədini götürməkdən imtina ediblər.

Associated Press agentliyinin yaydığı məlumata görə, Şimali Koreya liderinin qardaşı Hamın doğmaları cəsədin taleyinin həll olunmasını Malayziyanın hakimiyyət orqanlarının ixtiyarına buraxıblar.

Ölkə polisinin başçısı Nur Rəşid İbrahimin sözlərinə görə, bununla bağlı mərhumun ailəsinin razılığı alınıb. O, həmçinin qeyd edib ki, diplomatik konfliktə baxmayaraq, hökumətin hər hansı qərarı KXDR nümayəndələri ilə müzakirə olunacaq.

Xatırladaq ki, Kim Çen Nam Malayziya aeroportunda kimyəvi silah sayılan maddə (VX Nerve Agent) ilə zəhərlənərək öldürülüb. Malayziya polisi hələlik onun qətlində KXDR-in əli olduğu barədə tam dəlil-sübut toplaya bilməyib.