XƏBƏR LENTİ

28 Yanvar 2021

Digər Xəbərlər

17 Mart 2017 - 11:30

Əfv edilən şəxslər arasında 13 iranlı var –İran mediası

139206110928595271085624

Prezident İlham Əliyevin əfv sərəncamı ilə azad edilmiş şəxslərin arasında 13 iranlı məhbus var.

Strateq.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Agentlik qeyd edir ki, Novruz bayramı ərəfəsində prezident sərəncamı ilə əfv edilən 423 məhbus arasında İran da daxil olmaqla, bir sıra xarici ölkələrin vətəndaşları var. 

Azərbaycan prezidentinin azad etdiyi iranlılar bu şəxslərdir: Əli Aftabi, Əziz Əzizəsl, Əli Cəndadel, Hüseyn Dəmircəli, Milad Kazımzadə, Şahin Məhəmmədi, Mohsen Muradi Seyyid Abbas Musəvi Cəfəri, Hakem Paşpur, Mir Əli Əsgər Rəhməti Oskui, Sudmənd Səfəri, Əzim Səmədi və Bayram Zərpərəst.

Sərəncama əsasən, bu şəxslər öz ölkələrinə təhvil verilib.