XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

18 Mart 2017 - 11:16

İstanbul hava limanına eniş edən iki təyyarəniildırım vurub

İstanbulun Atatürk hava limanında iki təyyarəni ildırım vurub.

Azərtac xəbər verir ki, bu barədə Türkiyənin Dogan agentliyi məlumat yayıb. Hadisə təyyarələrin hər ikisi eniş edərkən baş verib. İstanbulda güclü yağışlar davam edir. İldırım birinci təyyarəni vurduqdan sonra dispetçerlər digər təyyarəyə xəbərdarlıq ediblər. Lakin pilotlar ikinci dövrəyə getsələr də təyyarəni ildırımdan qaçıra bilməyiblər.

Hər iki hava gəmisinin uğurla eniş etdiyi bildirilir. Zərərçəkənlər barədə məlumat verilməyib.