XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

18 Mart 2017 - 11:06

Yaponiya və Rusiya Kuril adalarında birgə fəaliyyətlə bağlımüzakirələrə başlayıblar

Tokioda Yaponiya və Rusiya diplomatları Kuril adalarında birgə təsərrüfat fəaliyytinin istiqamətləri ilə bağlı müzakirələrə başlayıblar.

Danışıqların birinci raundunda Yaponiya xarici işlər nazirinin müavini Takeo Akiba və onun rusiyalı həmkarı İqor Morqulov iştirak edirlər.

Yaponiya hazırda Rusiyaya məxsus olan Kuril adaları silsiləsinə – İturup, Kunaşir, Şikotan və Habomai arxipelaqına iddialıdır. 2016-cı ilin dekabrında Yaponiyada keçirilən sammit zamanı Baş nazir Ş.Abe və prezident V.Putin həmin adalarda birgə təsərrüfat fəaliyyəti barədə razılığa gəliblər.

Bu ilin aprelində Ş.Abenin Risyaya səfəri gözlənilir. Səfər zamanı Baş nazirin iki ölkə arasında əməkdaşlığı daha da intensivləşdirməyə və İkinci Dünya müharibəsindən sonra hələ də qalan sülh müqaviləsinin imzalanmasını sürətləndirməyə çalışacağı bildirlir. /Azərtac