Bakı-Tbilisi-Qars dəmir yolu yaxın iki ay ərzində açılacaq.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, Türkiyə belə böyük infrastruktur layihələri vasitəsilə region ölkələri ilə əlaqələrini gücləndirir.
Nazir qeyd edib ki, yaxın zamanlarda Türkiyədə Ədirnə-Qars sürətli dəmir yolunun tikintisi başlayacaq.