XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

18 Mart 2017 - 13:15

Ukraynada vergi borclarının məbləği3,8 dəfə artıb

Ukrayna Hesablama Palatasının hesabatına əsasən, vergi borcunun məbləğinin yüksək olması vergi borclarının idarə edilməsi üzrə mövcud sistemin səmərəsiz və qeyri-şəffaf olması ilə bağlıdır. Palatanın mövqeyinə görə, fiskal xidmətin bu istiqamət üzrə işinin məhsuldarlıq səviyyəsi çox aşağı olub.

“Vergilər.az” bildirir ki, 2017-ci il fevralın 1-nə olan göstəricilərə əsasən, mənzil-kommunal xidmətlərinə görə ödənilmiş məbləğ ödənilməli olan vəsaitin 62,6 faizini təşkil edib.

2014-2016-cı illəri əhatə edən son üç il ərzində dövlət büdcəsinə olan vergi borclarının məbləği 2017-ci ilin əvvəlində 59 milyard qrivnaya (2,18 milyard dollar) çatıb, bu isə 3,8 dəfə artım deməkdir. Borcların əsas məbləği əlavə dəyər vergisinin, müəssisələrin mənfəət vergisinin və icarə ödəmələrinin hesabına yaranıb.

Beləliklə, dövlət orqanları tərəfindən görülən tədbirlərin səmərəsizliyi ona gətirib çıxarıb ki, vergi borcu “ümidsiz borc” statusunda qalmır, son nəticədə silinir. 2014-2017-ci illərdə Ukraynada mənzillərin isidilməsi üçün tarif 11,3 dəfə, qaz üçün 9,5 dəfə, isti su təchizatı üçün 5,6 dəfə, elektrik təchizatı üçün isə 3,2 dəfə artırılıb.