Fransa Mülki Aviasiya Baş İdarəsi Parisin "Orli" hava limanında bütün reyslərin təxirə salındığını elan edib.
Trend.az-in məlumatına görə, hava limanının hər iki terminalı bağlanıb.
Parisə yaxınlaşmaqda olan bəzi reyslər Ruassi-Şarl-de-Qol hava limanına yönləndirilib.
"Orli" hava limanında naməlum şəxs hərbi patrula hücum edib.
Hərbçilər dərhal cavab atəşi açaraq hücum edən şəxsi zərərsizləşdiriblər.