XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

18 Mart 2017 - 14:52

“Fənərbağça”nın baş məşqçisikaryerasını başa vurur

Türkiyənin "Fənərbağça" futbol komandasının baş məşqçisi Dik Advokat mövsümün sonunda karyerasını başa vuracaq.

"Report"un məlumatına görə, bu barədə hollandiyalı mütəxəssisin özü Super Liqanın XXV turunda evdə "Konyaspor"a 2:3 hesabı ilə uduzduqları açılış matçından sonra açıqlama verib. 70 yaşlı mütəxəssis bildirib ki, qərarını vaxtından əvvəl bəyan etməkdə problem görmür. Onun fikrincə, özü getmək istəməsəydi belə, rəhbərlik onu göndərəcəkdi.

Qeyd edək ki, "Fənərbağça" hazırda Super Liqada 4-cü pillədə qərarlaşıb. Advokat bu komandaya 2016-cı ilin avqustundan rəhbərlik edir. O, əvvəllər digər tanınmış klublarla yanaşı, Hollandiya, Cənubi Koreya, Rusiya və Serbiya millilərində də baş məşqçi kimi çalışıb.