XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Mart 2017 - 19:00

“Trump Tower” göydələnininsxemi oğurlanıb

"Trump Tower" göydələninin ətraflı planlarının olduğunu ABŞ xüsusi xidmət orqanına məxsus noutbuk Nyu Yorkda agentin avtomobilindən oğurlanıb.

Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.

Xüsusi xidmət orqanından noutbukdakı məlumatın şifrəli olduğunu və istənilən halda orada mühüm məlumat olmadığı bildirilib.

Lakin "ABC News" telekanalı kompüterdə Hillari Klintonun şəxsi poçt ünvanından həyata keçirdiyi yazışmalarla bağlı işin təfsilatlarının, eləcə də Roma Papası

Fransisk ilə bağlı informasiyanın olduğunu xəbər verib.

Polis müşahidə kameralarının lentə aldığı kadrları incələyərək hadisəni araşdırır.