XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

18 Mart 2017 - 19:38

Kim Çen Namı öldürən indoneziyalı qadın Kambocaaeroportunda məşq edib

Kim Çen Namın qətlində şübhəli bilinərək həbs edilən İndoneziya vətəndaşı Siti Ayşia hadisədən üç həftə əvvəl Kamboca aeroportunda hücum hərəkətlərini məşq edib. Bu barədə NHK telekanalı təhqiqata yaxın mənbələrə istinadla məlumat yayıb.

Mənbənin sözlərini sitat gətirən telekanalın verdiyi məlumata görə, şübhəli qismində saxlanılan qadın həmin hadisədə təqsirli bilinən Şimali Koreya vətəndaşı ilə birlikdə yanvarın 21-də Pnompen aeroportunda olub. Burada o üç dəfə tanımadığı şəxslərə arxadan yaxınlaşaraq, onların üzünə yağ yaxıb və bunun oyun olduğunu bildirib. Mənbə məhz şimali koreyalı kişinin qadına necə hərəkət etmək barədə göstəriş verdiyini də deyib.

Bundan əlavə, hadisədə şübhəli bilinərək həbs olunan Vyetnam vətəndaşı Doan Txi Xuonq da yanvarın 13-də Kamboca paytaxtına gəlib. Qeyd olunur ki, Malayziya polisinin şübhəli bildiyi daha iki Şimali Koreya vətəndaşı da həmin reyslə Pnompenə gəlib.

Kamboca paytaxtındakı otellərdən birinin əməkdaşı da Doan Txi Xuonqun yanvarın ortalarında həmin oteldə otaq götürdüyünü NHK telekanalına bildirib(azərtac).