XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 March 2017 - 19:40

Fukuşima stadionu Tokio-2020 Olimpiadası üçünyararlı hesab edilib

Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçıları bildiriblər ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Fukuşima stadionunda yarışların keçirilməsi barədə onların təklifini bəyənib. Həmin stadionda beysbol və softbol yarışlarının keçirilməsi nəzərdə tutulur.

Martın 17-də Cənubi Koreyanın Pxyonçxan şəhərində BOK-un rəhbərliyinin toplantısı keçirilib. Həmin toplantıda Tokio Olimpiadasının təşkilatçıları Fukuşima prefekturasının Azuma stadionunu beysbol və softbol yarışlarının keçirilməsi üçün təklif edib.

Ötən ilin dekabrında BOK Tokio yaxınlığındakı Yokohama stadionunu həmin idman növləri üzrə yarışların əsas yeri kimi təsdiq edib(azərtac).