XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

18 Mart 2017 - 19:18

Yaponiya parlamenti İmperatorun taxtdan imtinası ilə bağlı hesabatıBaş nazirə təqdim edib

Yaponiya parlamenti İmperator Akihitonun taxtdan imtinası ilə bağlı xüsusi qanunverici sənədin hazırlanmasına çağıran hesabatı Baş nazir Şinzo Abeyə təqdim edib.

Parlamentin aşağı və yuxarı palatalarının spikerləri, həmçinin onların müavinləri martın 17-də Ş.Abe ilə görüşərək aparılan müzakirələri özündə əks etdirən hesabatı Baş nazirə təqdim ediblər.

Parlament ötən ilin avqustunda İmperatorun taxtdan imtina ilə bağlı xalqa müraciətindən sonra həmin məsələnin müzakirələrini təşkil edib.

Hesabatda qeyd edilir ki, indiki vəziyyətdə yalnız İmperator Akihito ilə əlaqədar xüsusi qanunun qəbulu arzu olunandır və gələcəkdə belə hallar baş verə biləcəyi zaman parlament mütləq ictimai rəyi nəzərə alaraq hərəkət etməlidir.

Baş nazir bildirib ki, həmin müzakirələr Yaponiya üçün fundamental məsələyə həsr edilib və ölkənin gələcəyi üçün mühüm əhəmiyyətə malikdir. Ş.Abe qeyd edib ki, hökumət parlamentin rəyinə çox ciddi yanaşaraq müvafiq qanunverici sənədin layihəsinin tezliklə hazırlanmasına və parlamentə təqdim olunmasına çalışacaq(azərtac).