XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

18 Mart 2017 - 19:49

Amerikanın desant gəmisiQara dənizə daxil olub

Amerikanın “Carter Hall” desant gəmisi cümə günü Qara dəniz hövzəsinə daxil olub.

“Report” xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin İtaliyanın Neapol şəhərində yerləşən 6-cı donanmasının mətbuat xidməti məlumat yayıb.

Dəniz piyadalarını daşıyan gəmi Rumıniya ilə birgə ikitərəfli hərbi təlimlərdə iştirak edəcək.

Təlimlərin əsas fazası Rumıniyanın Konstansa şəhərinə yaxın ərazidə keçiriləcək.

Rumıniyanın “Sociedad Rumana de Radiodifusion” radiosunun məlumatına görə, təlimlərdə 1200 rumın və ABŞ hərbçisi iştirak edəcək.