XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

19 Mart 2017 - 12:01

Yeni Zelandiya ABŞ diplomatını ölkədən qovub –Səbəb

USA 1

Yeni Zelandiya hökuməti kriminal hadisə zamanı burnu sınan və gözünün altı qançır olmuş amerikalı diplomatı ölkədən çıxarıb.

Martın 12-də ABŞ səfirliyinin yerləşdiyi Vellinqton şəhərində polisə müraciət edilib.

Nə baş verdiyi açıqlanmasa da, mətbuata kriminal hadisə baş verdiyi məlum olub. Olayda ABŞ səfirliyinin texniki attaşesi Kolin Uaytın da iştirak etdiyi üzə çıxıb. Səfirlik əməkdaşları diplomatik toxunulmazlığa malik olduğu üçün heç kim saxlanılmayıb. Ancaq ciddi hüquq pozuntusu olduğu üçün Yeni Zelandiya Xarici İşlər Nazirliyi ABŞ səfirliyindən K. Uaytın diplomatik toxunulmazlıqdan məhrum edilməsini xahiş edib. Ancaq ABŞ səfirliyi bu xahişə mənfi cavab verib. Buna görə də Yeni Zelandiya Xarici İşlər Nazirliyi K. Uaytın ölkəni tərk etməsini tələb edib.

Olayla bağlı araşdırma davam edir.  (APA)