Ərəbistanın paytaxtı Ər-Riyadda yerləşən hərbi-hava bazasının balistik raketlə vurulduğu iddia edilib.
Bu barədə husilərin informasiya agentliyi "SABA" məlumat yayıb.
Yəmən sərhədindən min kilometr məsafədə olan Ər-Riyadın Salman Hərbi-Hava Bazasına "Burkan-2" (Vulkan 2) balistik raketi atıldığı qeyd edilib.
Xəbərdə həmçinin atılan raketin hədəfinə üz verdiyi və Salman Hava Bazasında ağır zədə meydana gəldiyi iddia edilib.
Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı koalisiya qüvvələri sözügedən iddialara hələ ki, cavab verməyib. (Axar.az)