XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Mart 2017 - 16:19

Əfqan prezidentinin müşaviri:"Rusiya bizə "Taliban"la bağlı zəmanət verib"

atmar

Aprelin 14-də Moskvada Əfqanıstan üzrə sülh konfransı keçiriləcək.

Strateq.az "Sputnik"ə istinadla xəbər verir ki, bunu Əfqanıstan prezidentinin milli təhlükəsizlik müşaviri Məhəmməd Hanif Atmar bildirib.

Konfransda 12 ölkənin nümayəndələri iştirak edəcək. 

Məhəmməd Hanif Atmar deyib: "Biz Əfqanıstana dair sülh prosesində regional əməkdaşlığın yaradılması istiqamətində səyləri üçün Rusiyaya çox minnətdarıq".

Müşavirin sözlərinə görə, tədbirə Birləşmiş Ştatlar dəvət edilib. "ABŞ bizim mühüm tərəfdaşıdır və onun rolu sülh prosesində mərkəzi yeri var", – deyə Atmar əlavə edib.

Atmar bildirib ki, "Taliban" hərəkatı ilə bütün mümkün əlaqələr yalnız Əfqanıstanda sabitlik və sülhün bərqərar edilməsi üçündür.

"Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə görüşdə Moskvanın regionda sülhə təşviqə zəmanət aldım. Bu çərçivədə "Taliban" ilə əlaqə yalnız Əfqanıstan milli barışığa yönəldilib. Hər iki Kreml rəsmisi Rusiyanın Əfqanıstanın yaxın dostu olduğunu və Əfqanıstanın qanuni hökumətini dəstəklədiyini bildirdilər".