XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

19 Mart 2017 - 22:12

Ərdoğanı qarşılayan süvarilərin mindiyi atlar holland cinsi imiş –Kuryoz

erdogan

Çanaqqala Zəfəri ilə bağlı mərasimdə prezident Ərdoğan onu qarşılayan süvarilərdən atların cinsini soruşub. Bundan sonra o, heyrətlə atların Niderland cinsi olduğunu öyrənib.

Strateq.az "Sputnik"ə istinadla xəbər verir ki, Çanaqqala Zəfərinin 102-ci ildönümü ilə əlaqədar Lapsekidə "1915 Çanaqqala" körpüsünün təməlatma mərasimi ilə əlaqədar Gelibolu Şəhidlər Abidəsinin yanında helikopterdən endikdən sonra prezident Ərdoğanı jandarma süvari birliyi qarşılayıb.

4 atlı əsgərin qarşısında duran Ərdoğan bir xanım süvaridən atların cinsini soruşub. İki atın Niderland cinsi olduğu ortaya çıxıb.

Prezidentin buna münasibəti "yapma ya" olub.