XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Mart 2017 - 13:15

Trampın reytinqi ən aşağı səviyyəyə enib

Tramp 1

ABŞ prezidenti Donald Trampın ölkə əhalisi tərəfindən dəstəklənmə səviyyəsi iki ay ərzində ən aşağı həddə düşüb.

Bu barədə “Gallup”ın apardığı sorğunun nəticəsində qeyd olunur.

Martın 18-də keçirilən sorğunun nəticələrinə əsasən, respondentlərin 37%-i ABŞ prezidentinin fəaliyyətini müsbət, 58%-i isə mənfi qiymətləndirib.

Sorğunun keçirildiyi ilk gündə, yanvarın 22-də  Tramp 45% müsbət və 45% mənfi rəy alıb. ABŞ  Donald Trampın inaqurasiya mərasimi yanvarın 20-də keçirilib. Qeyd edək ki, "Gallup"-ın gündəlik sorğularında 1 500 nəfər iştirak edir. /APA