XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 March 2015 - 09:59

Yəməndə şiə qiyamçılar aeroportu ələ keçirdilər

Qiyamçılar güney paytaxtının beynəlxalq aeroportunu nəzarətə götürüblər

Картинки по запросу бои в йемене

“Ərəb koalisiyası”nın Hərbi Hava Qüvvələri (HHQ) Yəmənin güney və quzey əyalətlərində yerüstü hədəflərə zərbələr endirir.

Strateq.az xarici KİV-ə istinadən bildirir ki, gecə və səhər saatlarında Səna yaxınlığındakı Duleymidə HHQ bazası bombardmana məruz qalıb. Taizdə Hava Hücumundan Müdafiə radarları və batareyaları məhv edilib. Güney limanı Zincibarda 15-ci zirehli tank düşərgəsinə reyd edilib.

Ortaq komandanlığın təmsilçisi Əhməd Əsirinin bildirdiyi kimi, Yəmənin güneyində əsas diqqət şiə qiyamçı-husilərin və onların tərəfinə keçmiş hökumət qoşunlarının hücum etdiyi Ədəndəki duruma ayrılıb.

“”Əl-Məyadin” telekanalının məlumatına görə, hava hücumlarına baxmayaraq, qiyamçılar güney paytaxtının beynəlxalq aeroportunu nəzarətə götürüblər. Şəhərin özündə husilərin tərəfdarları ilə prezident Mənsur Hadini dəstəkləyən könüllülər arasında küçə döyüşləri davam edir.