XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

22 Mart 2017 - 11:53

Ağ Ev:"Prezident Tramp NATO-nun sammitində iştirak edəcək"

Tramp 3

ABŞ prezidenti Donald Tramp NATO-nun dövlət başçıları səviyyəsində keçiriləcək sammitində iştirak edəcək.

Bunu Ağ Evin mətbuat katibi Şon Spayser bəyan edib.

“Prezident Tramp aprelin 25-də Brüsseldə NATO-nun zirvə görüşünə qatılacaq. Alyansın baş katibi Yens Stoltenberq sammitin keçiriləcəyi tarixi bu gün elan edib”, deyə Ş.Spayser bildirib.

Bundan əvvəl aprelin 12-də  ABŞ lideri Vaşinqtonda NATO-nun baş katibini qəbul edəcək. Bu, Stoltenberq  və Tramp arasında keçiriləcək ilk rəsmi görüş olacaq.  (APA)