XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

22 Mart 2017 - 11:56

NATO-nun növbəti sammitininvaxtı və yeri açıqlandı

nato

NATO üzvü olan dövlətlərin başçıları mayın 25-də Brüsseldə görüşəcəklər.

Azərtac RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, liderlər Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra ilk dəfə bir araya gələcəklər.

Alyans nümayəndəsinin məlumatına görə, sammitdə “NATO-nun terrorizmlə mübarizədə rolu və müdafiə xərclərinin artırılmasının vacibliyi, həmçinin məsuliyyətin müttəfiqlər arasında daha ədalətlə bölüşdürülməsi məsələsi” müzakirə olunacaq.

ABŞ Prezidenti Donald Tramp liderlərin Brüssel görüşündə iştirak edəcək. Bu barədə Ağ evin mətbuat katibi Şon Spayser məlumat verib. Bundan başqa, Trampın aprelin 12-də Ağ evdə Şimali Atlantika alyansının baş katibi Yens Stoltenberqi qəbul etməyi planlaşdırdığı bildirilir.