XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

22 Mart 2017 - 12:18

Mövlud Çavuşoğlu ABŞrəsmiləri ilə görüşüb

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ ədliyyə nazirliyində ABŞ rəsmiləri ilə görüş keçirib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu nazirliyin nümayəndəsi Piter Karr bildirib.

"Biz bugünkü görüşün olduğunu təsdiq edə bilərik, lakin görüşdə nə müzakirə olunduğunu şərh etməkdən imtina edirik", – Karr bildirib.

Bir müddət əvvəl Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ 2016-ci ilin iyul ayında çevriliş cəhdinin təşkilində ittiham olunan Fəthullah Gülənin mümkün ekstradisiyası ilə bağlı Vaşinqtonda müzakirələrin aparılacağı barədə məlumat verib.