XƏBƏR LENTİ

23 Yanvar 2021

Digər Xəbərlər

22 Mart 2017 - 13:48

Almaniya millisinin futbolçularından qəfildopinq-test götürülüb

İngiltərə və Azərbaycan yığmaları ilə oyunlar ərəfəsində futbol üzrə Almaniya milli komandasının düşərgəsinə qəfil yoxlama gəlib.

"Report" Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, Almaniya Milli Antidopinq Agentliyinin müfəttişləri gözlənilmədən Bundestimin futbolçularını dopinq-testdən keçiriblər.

Oyunçulardan 2-si sidik, daha 2-si isə sidik və qan analizi verib. Lakin onların adları açıqlanmayıb. 

Qeyd edək ki, Almaniya bu gün Dortmundda İngiltərə ilə yoldaşlıq görüşünə, martın 26-da isə Bakıda Azərbaycanla 2018-ci il Dünya çempionatının seçmə qrup matçına çıxacaq.