XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

22 Mart 2017 - 17:11

Suriyada yüzlərlə insan koalisiya güclərinin zərbələrininqurbanı olub

Suriyada Rakka şəhərinin yaxınlığında yerləşən köhnə məktəb binalarından birinə ABŞ-ın rəhbərlik etdiyi koalisiya gücləri tərəfindən endirilən aviazərbələr nəticəsində yüzlərlə dinc sakin həlak olub.

Trend-in məlumatına görə, Anadolu agentliyi yerli mənbələrə istinadən xəbər verib ki, aviazərbələr qaçqınların olduğu köhnə məktəb binasına endirilib.

Mənbələrin məlumatına görə, zərbə məktəb binasına martın 20-də endirilib. 50 ailənin aviazərbələrin altında qaldığı bildirilir. Məlumata görə, ölənlərin arasında qadınlar və uşaqlar da var.