XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

22 Mart 2017 - 21:01

Britaniya parlamenti yaxınlığındakı atışmanıntəfərrüatları

Böyük Britaniyanın parlament binası yaxınlığındakı Vestminster körpüsü üzərində baş verən silahlı insident nəticəsində ölən və yaralananlar var.

Azərtac “Euronews”a istinadla xəbər verir ki, hadisə şahidləri silahlı şəxsin maşınını insanların üzərinə sürməsi nəticəsində 1 nəfərin öldüyünü, 10-dan çox insanın yaralandığını bildirirlər. Sonra maşın parlament binasını əhatə edən barmaqlıqlara çırpılıb.

Silahlı şəxs maşından insanların üzərinə atəş açıb.

Daha sonra o bıçaqla polislərin üzərinə hücum edib. Nəticədə polis onu vuraraq öldürüb.

Polis hadisəni terror hadisəsi elan edib.

BBC-nin verdiyi məlumata görə, Britaniya parlamentinin icmalar palatasının lideri David Lidington parlamentin həyətində polis zabitinin bıçaqlandığını deyib.

Hazırda parlament bağlanıb. Parlament işçilərinə içəridə qalmalarına əmr verildiyi bildirilir.

“The Independent” qəzetinin siyasi redaktoru Tom Peck Twitter-də yazıb: "Böyük partlayış səsi gəldi. Qışqırıqlar. Səs küy. Sonra isə atəş səsi. Hər yerdə silahlı polislər var".

Baş nazir Tereza May hadisə yerindən uzaqlaşdırılıb.