XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

22 Mart 2017 - 22:00

Britaniya terrorunda ölənlərin sayı2 nəfərə çatıb

Böyük Britaniyanın parlament binası yaxınlığında baş verən terror aktı nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb. Bu barədə “Sky News” telekanalı məlumat yayıb.

“Euronews”un verdiyi məlumatda isə yaralananlardan 3-nün fransalı tələbə olduğu bildirilib. Terror aktı nəticəsində 10-dan çox insan yaralanıb ki, onlardan da 4-nün vəziyyəti ağırdır.

Parlament binasının ətrafında olan dükan və metro stansiyaları bağlanıb.

Polis insanlara hadisə yerinə yaxınlaşmamağı tövsiyə edir. "Bu, təcili yardım xidmətlərinə hazırkı insidentlə məşğul olmağa imkan verməyə yönələn addımdır. Silahlı zabitlər də daxil olmaqla, polislər hadisə yerindədirlər və bizə başqa məlumat daxil olanacan bu hadisəni terror insidenti kimi qiymətləndiririk. Yaralananlar arasında polislər də var”, – deyə polis nümayəndəsi bildirib.

Qeyd edək ki, Böyük Britaniyanın parlament binası yaxınlığındakı Vestminster körpüsü üzərində silahlı şəxs maşınını insanların üzərinə sürüb, silahla atəş açıb. Parlamentin yaxınlığında isə bıçaqla polislərin üzərinə hücum edilib. Nəticədə polis terroristi vuraraq öldürüb.

Polis hadisəni terror hadisəsi elan edib.

Hazırda parlament binası bağlanıb. Parlament işçilərinə içəridə qalmalarına göstəriş verilib.

İnsident Brüsseldə törədilən terror aktının ildönümü ilə üst-üstə düşüb. Keçən il martın 22-də Belçika paytaxtının hava limanı və metro stansiyasında törədilən terror aktı nəticəsində 35 nəfər ölmüşdü. İŞİD terror qruplaşması məsuliyyəti üzərinə götürmüşdü(azərtac).