XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

23 Mart 2017 - 18:35

Rusiya XİN:“Moskva Dövlət Dumasının eks deputatının qətlinə görə şokdadır”

rusiya-xin

“Moskva Rusiya Dövlət Dumasınn eks deputatı Denis Voronenkovun qətlinə görə şokdadır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqə bildirib: "Deməyə əsas var ki, bu sifarişli aksiyadır. Ümid edirik ki, bu qətlin təhqiqatı siyasiləşdirilmədən və obyektiv məlumatlar əsasında aparılacaq", – deyə o vurğulayıb.

Rusiya XİN rəsmisi Ukrayna prezidenti Pyotr Poroşenkonun D. Voronenkovun qətli ilə bağlı bəyanatını da şərh edib: "Ukrayna prezidenti Pyotr Poroşenkonun Kiyevdə Dumanın eks-deputatı Denis Voronenkovun qətli ilə bağlı bəyanatından sonra Moskvanın şübhəsi yoxdur ki, Kiyev əlindən gələni edəcək ki, heç kim bu qətl barədə heç vaxt həqiqəti bilməsin".

Qeyd edək ki, P. Poroşenko D. Voronenkonun qətlini Rusiya tərəfindən edilmiş dövlət terror aktı adlandırıb.

Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov isə bu qətlə görə Moskvanın ittiham olunmasına qəti etiraz edib:”Hesab edirik ki, bu qətldə Rusiya izinin olması ilə bağlı deyilənlər absurddur. Baş verənlər göstərir ki, Ukrayna tərəfi Voronenkovun təhlükəsizliyini təmin edə bilməyib. Ümid edirik ki, qatil və qətlin arxasında dayananlar tapılacaq", – deyə D. Peskov qeyd edib.
Kremlin sözçüsü məlum qətllə bağlı prezident Vladimir Putinin məlumatlandırıldığını da söyləyib: "İnsan qətli hər zaman faciədir".

Xatırladaq ki, D. Voronenkov Kiyevdə atışma zamanı öldürülüb.