XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

23 Mart 2017 - 23:44

Gürcüstanla Ermənistan arasında “İqla” mübahisəsi –Gürcü nazir İrəvana cavab verdi

Gurcustan-16-1

Gürcüstanın Daxili İşlər Nazirliyi Ermənistanın 3 vətəndaşının Ermənistanın keçid-buraxılış məntəqəsindən “İqla” (“İynə”) zenit-raket kompleksinin keçirilməsi məsələsi ilə bağlı məlumatı diqqətdə saxlayır.

Bununla bağlı nazir Georgiy Mqebrişvili açıqlama verib. Ancaq gürcü nazir erməni rəsmilərinin iddialarının təsdiqləməyib.

“Hələlik “İqla” zenit-raket kompleksinin tranzit ölkə kimi Gürcüstandan Ermənistana keçirildiyini təsdiqləmək olmaz. Araşdırmalar gedir, detallar öyrənilir. Biz erməni həmkarlarımızla əlaqədəyik və araşdırmaların gedişi ilə bağlı ictimaiyyəti məlumatlandıracağıq” – nazir jurnalistlərə deyib.

Ermənistan rəsmilərinin iddialarına rəğmən gürcü nazir silah qaçaqmalçılığı prosesində Gürcüstanın iştirakı ilə bağlı ortada dəlillərin olmadığını deyib:

“Silahın Gürcüstan vasitəsilə Ermənistana keçirildiyini dəqiq demək çətindir. Onlar belə deyə bilər, ancaq biz araşdırmaları davam etdiririk”.

Qeyd edək ki, Ermənistanın milli təhlükəsizlik xidməti 22 martda “İqla” zenit-raket kompleksinin Gürcüstandan keçirilərkən aşkarlandığını, 2 nəfərin hadisə yerində saxlandığını, sifarişçi Qarabağ separatçılarının sabiq “müdafiə naziri” Samvel Babayanın isə bir neçə saat sonra həbs edildiyini açıqlayıb.

Musavat.com