XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

24 Mart 2017 - 16:27

“Fransa və Rusiya bir-birinə hər zaman dəstək olmalıdır” –Le Pen Moskvada mesaj verdi

lepen

"Rusiya və Fransa arasında olan münasibətlər həmişə yaxşı olub".

Axar.az “Röyters”ə istinadən xəbər verir ki, bu açıqlamanı Fransanın sağ təmayüllü Milli Cəbhə Partiyasının lideri, ölkəsində prezidentliyə namizəd Marina Le Pen Moskvada verib.

Onun sözlərinə görə, Fransa və Rusiya Federasiyası arasındakı münasibətlərin yaxşı olmaması üçün heç bir real səbəb yoxdur:

“Bizim partiya hər zaman düşünüb ki, Fransa və Rusiya nəinki dostluq münasibətləri qurmalı, eləcə də bir-birinə hər zaman dəstək olmalıdır”.