XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

25 Mart 2017 - 11:30

Yaponiya və Avstraliya “2+2” formatındagörüş keçirəcək

Yaponiya və Avstraliya arasında xarici işlər və müdafiə nazirlərinin “2+2” formatında görüşünün keçirilməsi ilə əlaqədar danışıqlar aparılır. Bu barədə NHK telekanalı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, görüşün aprelin sonlarında keçirilməsi nəzərdə tutulur. Həmin görüşdə Koreya Xalq Demokratik Respublikasının hərəkətləri fonunda Asiya-Sakit okean regionunda vəziyyətin gərginləşməsinin müzakirə olunacağı vurğulanır.

Cari ilin yanvarında Avstraliyaya səfər edən Baş nazir Şinzo Abe həmkarı Malkolm Ternbulla müzakirələr apararaq müdafiə sahəsində logistik fəaliyyətin genişləndirilməsi barədə razılıq əldə edib. ABŞ ilə üçtərəfli qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayan tərəflər, eyni zamanda, Asiya-Sakit okean regionunda təhlükəsizliklə bağlı vəziyyəti müzakirə ediblər(azərtac).